Bu gün
Xanım sürücü azyaşlının həyatını təhlükəyə atdı - VİDEO

Abşeronda qadın sürücü yol hərəkəti qaydalarını heçə sayıb.
Təhlil.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərinə əsasən, avtomobili idarə edən xanım özəl bağçalardan birinin müdirəsi və inkişaf mərkəzinin rəhbəridir.
Kadrlarda azyaşlı uşağın avtomobilin ön oturacağında əyləşdiyi görünür.
Qanunvericiliyə görə, bu yaşda uşaqların ön oturacaqda oturmasına icazə verilmir.
Eyni zamanda, qadın sürücü təhlükəsizlik kəmərindən istifadə etməyib və hər iki əlini sükandan çəkib.