28 aprel

Məsud Pezeşkian Azərbaycana səfərə yola düşüb

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə yola düşüb.

Təhlil.az xəbər verir ki, səfərdən öncə açıqlama verən İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib ki,  Azərbaycan Respublikası ilə əməkdaşlıq üçün yaxşı imkanlar, fürsətlər və əsaslar mövcuddur.

Onun sözlərinə görə, bu səfər dost və qardaş ölkə Azərbaycan Prezidentinin rəsmi dəvəti ilə həyata keçirilir: “Biz həmçinin Azərbaycandakı yaxınlarımızla görüşməkdə maraqlıyıq".

Prezident əlavə edib ki, bu səfər çərçivəsində iş adamları, sənayeçilər və alimlər Azərbaycandakı tərəfdaşları ilə danışıqlar aparacaq, əlaqələri genişləndirməyə çalışacaq,  təcrübə mübadiləsi, ticarət və iqtisadiyyata birgə sərmayə qoymaq üçün imkan əldə ediləcək. 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.