Bu gün

"Problemli sosiska partiyası ölkəmizə daxil olmayıb" - RƏSMİ

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti tərəfindən bu ölkədə istehsal olunan “Papa mojet” əmtəə nişanlı 23.04.2025-ci il istehsal tarixli sosiska məhsulu partiyasında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb.

Təhlil.az xəbər verir ki,  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məlumatda qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb və bu əmtəə nişanlı digər məhsul partiyalarının idxalı zamanı aparılan müayinələr nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.

Qeyd olunub ki, agentlik ölkəmizə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini davam etdirir.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.