Bu gün
Portuqaliya UEFA Millətlər Liqasının qalibi oldu

Şəkil: REUTERS
UEFA Millətlər Liqasının finalında Portuqaliya və İspaniya yığmaları üz-üzə gəlib. Qarşılıqlı hücum və pressinq şəraitində başlayan matçın 21-ci dəqiqəsində ispanlar Zubimendinin qolu ilə hesabda önə keçib. Çox keçmədən - 26-cı dəqiqədə Nuno Mendeş tarazlığı bərpa edib. İlk hissənin əsas vaxtının sonuncu dəqiqəsində Oyarzabalın vurduğu qolla İspaniya yığması fasiləyə üstün yollanıb.
İkinci hissədə Kriştianu Ronaldunun qolu yeganə olub və oyunun əsas vaxtı 2-2 hesabı ilə başa çatıb.
"Extra time"larda qolsuz heç-heçə qeydə alınıb və qalibi müəyyənləşdirmək üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan Portuqaliya yığması ikinci dəfə UEFA Millətlər Liqasının qalibi olub.
07 iyun
07 iyun