28 aprel

Azərbaycan səfirliyinə hücum edən şəxsin edamı yaxınlaşır

İranda Azərbaycan səfirliyinə hücum edən Yasin Hüseynzadəyə qarşı çıxarılan hökmün icrası üçün bütün hazırlıq işləri başa çatıb.

Təhlil.az xəbər verir ki, İranın məhkəmə sisteminin nümayəndəsi Əsgər Cahangir bildirib ki, məhkəmə orqanları hökmün icrası üçün tam hazırdır: "Yekun məhkəmə hökmü mövcuddur. Bütün hazırlıq işləri tamamlanıb və hökmün icrasına tam hazırıq". 

Xatırladaq ki, hadisə 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə saat 08:30 radələrində baş verib. İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" avtomatı ilə Azərbaycan səfirliyinin binasına daxil olaraq mühafizə rəisi Orxan Əsgərovu qətlə yetirib, mühafizəçilər Vasif Tağıyev və Mahir İmanovu isə yaralamışdı. Yasin Hüseynzadənin məhkəmə prosesi iki il davam edib. Nəticədə o, ölüm cəzasına məhkum olunub və hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Hazırda iş Tehrana göndərilib və hökmün icrası mərhələsindədir.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.