08 avqust

Azərbaycan "SpaceX"lə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf "SpaceX" şirkətinin vitse-prezidenti Stefani Bednareklə görüş keçiriblər.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" səhifəsində paylaşılıb.

Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və ölkədə mövcud olan əlverişli investisiya mühiti diqqətə çatdırılıb.

Tərəflər "SpaceX" ilə əməkdaşlıq perspektivlərini, xüsusilə innovativ və kosmik texnologiyaların tətbiqi, süni intellekt həlləri, eləcə də bilik və təcrübə mübadiləsi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

 

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?