Dünən

Paşinyan: "Sovet dövründəki sərhədlər bərpa olunmalıdır"

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası davam etməli və Sovet dövründə mövcud olan sərhədlər bərpa edilməlidir.

Təhlil.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamasında deyib. 

"Elə ərazilər var ki, bizə məxsusdur, amma Azərbaycanın nəzarəti altındadır. Eyni zamanda, Azərbaycana məxsus olub bizim nəzarətimizdə olan torpaqlar da var. Müstəqil Ermənistanın ərazisi Sovet dönəmindəki Ermənistanın, müstəqil Azərbaycanın ərazisi isə Sovet dövründəki Azərbaycan ərazisi ilə eynidir”, - deyə erməni baş nazir qeyd edib. 

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?