Dünən
Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub"

Ermənistan və Azərbaycan artıq Vaşinqtondakı sənədi imzalamaqla sülh bağlayıblar.
Təhlil.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
“Baş verən – tarixi bir hadisədir. Mən artıq neçənci aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün biz artıq deyə bilərik ki, sülh bərqərar olub və o bizim ölkələrin suverenlikləri və ərazi bütövlükləri çərçivəsində bərqərar olub”, - deyə o Paşinyan qeyd edib.
Dünən
Dünən
Dünən