Bu gün

FTB direktor müavini Epşteyn işi ilə bağlı istefa verməyi düşünür

FTB direktorunun müavini Dan Bonqino qalmaqallı maliyyəçi Cefri Epşteynlə bağlı ifşaların davam etməsi ilə əlaqədar FTB və Ədliyyə Departamenti arasında böyük münaqişə fonunda istefa verməyi düşündüyünü bildirib. Təhlil.az xəbər verir ki, bu, həftənin əvvəlində işə baxılması ilə bağlı Baş prokuror Pam Bondi ilə qızğın qarşıdurmadan sonra baş verib.

Mənbələrin bildirdiyinə görə, iş üzrə mübahisə çərşənbə günü Bonqino, Bondi, FTB direktoru Keş Patel və Ağ evin aparat rəhbəri Syuzi Uaylsın daxil olduğu görüş zamanı yaranıb.

Bonqino və Patel FTB-nin daha çox məlumat yaymaq istədiyi ilə bağlı bir ittihamla üzləşərək dindiriliblər. Lakin nəticədə Ədliyyə Departamenti buna mane olub.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?