Dünən

Françeska Albanese ABŞ-nin ona qarşı sanksiyalarını “günah əlaməti” adlandırır

BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçisi Françeska Albanese bildirib ki, ABŞ-nin ona qarşı sanksiyalar tətbiq etmək qərarı Vaşinqtonun “günah”ını və “hüquqlarından məhrum olanların sözünü deyənləri cəzalandırmaq” istəyini nümayiş etdirir.

“Güclülər gücsüzlərin sözünü deyənləri cəzalandırırsa, bu, güc əlaməti deyil, günah əlamətidir” - Albanese ABŞ Dövlət Departamentinin ona qarşı sanksiyalar elan etməsindən sonra X sosial şəbəkəsində yazıb.

“Sanksiyalar Tramp administrasiyasının İsrailin Qəzzada 21 aydır davam edən müharibəsinə qarşı tənqidləri boğmaq səylərinin bir hissəsidir”

“Middle East Eye” ilə müsahibədə Albanese əsas məqsədinin Qəzzadakı fəlakətli humanitar vəziyyətə diqqət çəkmək olduğunu vurğulayıb:

“Biz danışdıqca Qəzzada insanlar ölür və BMT ümumiyətlə müdaxilə edə bilmir”.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?