10 iyul

Bakının bəzi ərazilərində qaz kəsiləcək

Bu gün Bakının Suraxanı rayonunun 2 qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb

Məlumata görə, “Bül-Bülə” və “Yeni Suraxanı” qaz kəmərlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə qaz təchizatı dayandırılacaq.

Suraxanı rayonunun Bülbülə və Yeni Suraxanı qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?