Bu gün

Liseydə silahlı hücum

Türkiyənin Şanlıurfa şəhərində liseydə silahlı hücum olub.

Təhlil.az xəbər verir ki, Şanlıurfanın Siverek rayonundakı lisey silahlı şəxslərin hücumuna məruz qalıb.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb, əraziyə çox sayda tibb işçisi və xüsusi əməliyyat polisi göndərilib.

Məlumata görə, hadisəni şagird törədib. Məktəbin içərisində olan hücumçunun bəzi şagirdləri girov götürdüyü də iddia edilib. 

Təhlükəsizlik qüvvələrinin şagirdlərin əksəriyyətini məktəbdən təxliyə etdiyi bildirilib. 

Bölgədə hücumçunun zərərsizləşdirilməsi səyləri davam etsə də, 7 nəfərin yaralandığı bildirilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?