Bu gün

MİDA 1 000-dən çox mənzili satışa çıxarır

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan, Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərində ümumilikdə 1 049 mənzili güzəştli şərtlərlə satışa çıxarır.

Təhlil.az xəbər verir ki, MİDA-dan verilən məlumata  əsasən, satış prosesi 16 dekabr 2026-cı il tarixində saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək.

Satışa çıxarılan mənzillərdən 839-u Binəqədi, 201-i Şirvan, 5-i Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, 4-ü isə Yevlax Yaşayış Kompleksində yerləşir.

Bundan əlavə, gözləmə qaydasında mənzil seçimi həmin gün saat 12:00-da başlayacaq və saat 13:00-dək davam edəcək.

Mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Mənzil almaq hüququ yalnız bu sistemdə elektron kabineti olan vətəndaşlara şamil olunur. Elektron kabinet sahibləri qeydiyyat tarixi və sıra nömrəsindən asılı olmayaraq mənzil seçimində bərabər hüquqa malikdirlər.

Satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi və müvafiq su, qaz və elektrik sayğacları ilə təmin olunub.

MİDA-nın məlumatına görə, yaşayış binaları dövlət tikinti normalarına uyğun layihələndirilib və inşa edilib. Mənzillər üzrə daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışlar da verilib.

Mənzillərin seçimi və “Güzəştli mənzil” sistemindən istifadə qaydaları barədə ətraflı məlumatı MİDA-nın rəsmi internet saytından (www.mida.gov.az) əldə etmək mümkündür.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?