Bu gün

Azərbaycanda bəzi limanlar bağlandı

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi limanlarda gəmilərin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Təhlil.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

“Əlverişsiz hava şəraiti səbəbindən Qaradağ, Dübəndi və Sahil limanlarına gəmilərin giriş-çıxışı müvəqqəti olaraq dayandırılıb. Digər limanlarda isə fəaliyyət normal qaydada davam edir”, - o vurğulayıb.

Qeyd edək ki, hazırdxa ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürməkdədir. Məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb. Bu da aylıq normanın 390%-ni təşkil edir. Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək davam edəcəyi proqnozlaşdırılır.