Bu gün

Rusiyada zavodda partlayış

Rusiyanın Nijnekamsk şəhərində yerləşən “Nijnekamskneftekim” neft-kimya zavodunda baş verən yanğından sonra partlayış qeydə alınıb.

Təhlil.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, yaralananların sayı isə 50-yə çatıb.

Şəhər meri Radmir Belyayev bildirib ki, yanğın zavodun ərazisində baş verib və hazırda alovun lokallaşdırılması istiqamətində işlər aparılıb. Onun sözlərinə görə, hadisənin ətraf mühit və sakinlər üçün əlavə təhlükə yaratmadığı qeyd olunur.

İlkin məlumata əsasən, yanğının səbəbi kimi avadanlıq nasazlığı göstərilir.

Faktla bağlı araşdırma aparılır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?