Bu gün

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aparılan danışıqların gündəliyinə bir sıra ikitərəfli və regional məsələlər daxil olacaq.

“Danışıqlarda Rusiya və Ermənistan arasında strateji tərəfdaşlıq və ittifaq münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Avrasiya məkanında inteqrasiya əməkdaşlığı, eləcə də regional gündəmin aktual məsələləri, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirəsi planlaşdırılır”, – məlumatda qeyd olunur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?