Bu gün

Azərbaycan nefti bahalaşır: bazarda nə baş verir?

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 9,63 ABŞ dolları və ya 8,9 faiz artaraq bir barel üçün 117,79 ABŞ dolları təşkil edib.

Təhlil.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 9,65 dollar və ya 9,25 faiz bahlaşaraq 113,95 dollar olub.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 10,83 dollar və ya 15,27 faiz artaraq bir barel üçün 81,77 dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 9,22 dollar və ya 8,92 faiz artaraq bir barel üçün 112,53 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?