Bu gün

Namiq Əliyev: “366-cı alayın Xocalıda iştirakı heç kimə sirr deyil” - RƏY

“26 fevralda Azərbaycanın Xocalı şəhərinin işğalında erməni silahlı dəstələri ilə yanaşı, Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçilərinin iştirakı heç kimə sirr deyil”.

Bu fikirləri təhlil.az saytına açıqlamasında keçmiş səfir, hüquq elmləri doktoru, professor Namiq Əliyev səsləndirib.

Onun sözlərinə görə, həmin alay Xankəndidə yerləşirdi və şəxsi heyətinin əhəmiyyətli hissəsini erməni mənşəli hərbçilər təşkil edirdi.

Professor bildirib ki, alayın ikinci batalyonunun komandiri mayor Seyranyan da öz bölməsi ilə birlikdə Xocalı əməliyyatında iştirak edib.

“366-cı alay erməni silahlı qüvvələrinə hərtərəfli dəstək göstərib, onları silah və hərbi texnika ilə təmin edib, həmçinin Azərbaycan yaşayış məntəqələrinin işğalında və dinc əhaliyə qarşı həyata keçirilən qətliamlarda iştirak edib”, – deyə Namiq Əliyev vurğulayıb.

O xatırladıb ki, 23 fevral 1992-ci ildə alayın başqa yerə köçürülməsi barədə qərar qəbul edilib. Lakin köçürülmə prosesində silah və sursatın bir hissəsi ərazidə saxlanılıb. Nəticədə 23 ədəd piyadanın döyüş maşını, 3 zenit özüyeriyən qurğu, 8 ədəd D-30 artilleriya sistemi və digər hərbi texnika erməni separatçılarının ixtiyarına keçib.

Professor qeyd edib ki, 366-cı motoatıcı alayın hərbçiləri Xocalının işğalında və dinc azərbaycanlı əhalinin qətlə yetirilməsində birbaşa iştirak ediblər.

Rasim Babayev  

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?