Bu gün

Ekspert: “Vardanyanın Epşteyn işi ilə mümkün əlaqələri araşdırılmalıdır” - RƏY

Vardanyan və qondarma “Dağlıq Qarabağ respublikası”nın separatçı rejiminin liderləri hərbi cinayətkarlardır və layiq olduqları cəzanı alacaqlar.

Bu fikirləri təhlil.az saytına “Poistine” layihəsinin rəhbəri, politoloq Ruslan Aysin açıqlamasında deyib.

O bildirib ki, Vardanyanın və onun bandasının törətdiyi cinayətlərə Azərbaycan tərəfindən ciddi hüquqi qiymət verildi və bütün müvafiq sübutlar təqdim olundu.

Onun sözlərinə görə, Azərbaycan qətiyyətli cavab verdikdən sonra həmin təhdid və bəyanatların sadəcə ucuz təbliğat olduğu üzə çıxdı.

R.Aysin vurğulayıb ki, 30 il ərzində Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi çoxsaylı cinayətlər toplanıb:

“Məhkəmə prosesini izləyən sağlam düşüncəli insanlar üçün Vardanyan, Arutyunyan və digər separatçıların təqsiri ilə bağlı heç bir şübhə qalmayıb. Bununla belə, xarici media platformalarında Vardanyanın guya ədalətsiz mühakimə olunduğu barədə iddialar səsləndirilir. Hətta bəzi Rusiya media subyektləri də bu mövqedən çıxış ediblər. Vardanyanın “ağardılması” üçün milyonlarla dollar xərclənib. Onun cinayətkar fəaliyyətlərdə birbaşa iştirak etdiyi, mütəşəkkil cinayətkar qruplaşmanın liderlərindən biri olduğu, həmçinin qanunsuz maliyyə əməliyyatlarında yer aldığı faktları isə kölgədə saxlanılır. Əvəzində Vardanyanın guya xəstə və yazıq olduğu, 20 il həbs cəzasının çox ağır qərar olduğu önə çəkilir”, - deyə politoloq qeyd edib.

Ekspert söyləyib ki, hər bir cinayətkar gec-tez öz cəzasını alır:

“Bunu Epşteyn işi ilə bağlı da görürük. Rəsmi məlumatlara görə, o, intihar edib, lakin bu iddia çox şübhəlidir. Vardanyan da sərvətini cinayətkar sxemlər üzərində qurmuş şəxsdir. Açığı, mən Vardanyanın Epşteyn siyahılarında olub-olmadığını araşdırardım. Axı Vardanyan ABŞ-də təhsil alıb, orada müxtəlif maliyyəçilərlə əməkdaşlıq edib və çox qısa müddətdə Rusiya elitasına daxil olub. Belə şeylər adətən müəyyən himayə olmadan baş vermir”.

Rasim Babayev

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?