Dünən
“Qarabağ” “Nyukasl Yunayted”i qəbul edib - VİDEO

UEFA Çempionlar Liqasında “Qarabağ” “Nyukasl Yunayted”i qəbul edib.
İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-p., 34, 45+1-p.), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.
Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.
Cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.
Rəqibimizi təhlil etdik.
Bu gün
Dünən