Sevindirən qərar: minlərlə tələbənin pulu dövlət tərəfindən ödənəcək

Milli Məclisdə “Təhsil haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb və bir oxunuşda qəbul edilib.
Təhlil.az xəbər verir ki, dəyişikliklərə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində (əlavə təhsil istisna olmaqla) ödənişli əsaslarla aldıqları təhsilin haqqı dövlət büdcəsi hesabına qarşılanacaq.
Qeyd olunur ki, əlavə təhsil növləri yenidənhazırlanma, təkrar ali və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili əvvəlki qaydada yalnız ödənişli qalır və bu xərclər dövlət tərəfindən maliyyələşdirilmir.
Yeni dəyişikliklər mövcud normativ aktlar arasında yaranmış ziddiyyəti aradan qaldırmaq məqsədi daşıyır və sosial həssas şəxslərin əsas təhsilə çıxışını daha da asanlaşdırır.