10 fevral

Daşnak deputatın "qaranlıq" sərvəti: Baş Prokurorluq İşxan Saqatelyandan 700 min dollar tələb edir

Azərbaycan və Türkiyə bayraqlarını yandırmaqla gündəmə gələn Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan qanunsuz yolla əldə edilmiş əmlaklarını itirmək təhlükəsi ilə üz-üzədir. Təhlil.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu onun dövlət xeyrinə müsadirə edilməli olan təxminən 700 min ABŞ dolları dəyərində mal-mülkünün siyahısını açıqlayıb.

İddiaya görə, Saqatelyandan aşağıdakıların alınması tələb olunur:

5 daşınmaz əmlak obyekti və 5 nəqliyyat vasitəsi;

3 hüquqi şəxsdəki payları;

Qanunsuz yolla əldə edilmiş 264 milyon dramdan çox nağd vəsait;

Qanuni gəlirlərlə əsaslandırılmayan digər vəsaitlər.

İstintaq materialları göstərir ki, deputatın bu sərvəti onun rəsmi gəlirləri ilə heç bir şəkildə üst-üstə düşmür və qeyri-qanuni mənşəlidir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?