Tehran Vaşinqtona mesaj göndərdi: uran kartı masadadır

İran yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını azaltmağa hazır olduğunu bəyan edib.
Təhlil.az xəbər verir ki, İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Əslaminin sözlərinə görə, rəsmi Tehran 60 faiz zənginləşdirilmiş uranın səviyyəsini aşağı salmağa razıdır.
O bildirib ki, bu addım birbaşa ABŞ-nin İrana qarşı tətbiq etdiyi bütün maliyyə sanksiyalarının ləğvindən asılıdır.
Əslaminin sözlərinə görə, Vaşinqtonla aparılan danışıqlarda bu mövqe Tehranın ilk ciddi kompromis siqnallarından biri kimi qiymətləndirilə bilər. Bununla yanaşı, o, zənginləşdirilmiş uranın üçüncü ölkəyə çıxarılması variantının hazırda müzakirə edilmədiyini vurğulayıb.
Qeyd edək ki, 60 faizlik zənginləşdirmə səviyyəsi nüvə silahı istehsalı üçün tələb olunan 90 faizlik həddə olduqca yaxın hesab olunur.