10 fevral

Tramp Kanada–ABŞ körpüsünü bağladı

ABŞ Prezidenti Donald Tramp Ontario və Miçiqan ştatlarını birləşdirən yeni körpünün istifadəsinə Kanadadan mülkiyyət hüququnun yarısının ABŞ-yə verilməsini tələb edərək icazə verməyəcəyini açıqlayıb.

Təhlil.az xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" hesabında paylaşım edib.

O bildirib ki, Kanada ABŞ-yə qarşı “ədalətli davranmayana” və Vaşinqton bu strateji əhəmiyyətli aktivin ən azı 50 faizinə sahib olmayana qədər körpünün istifadəsinə icazə verilməyəcək.

ABŞ Prezidenti yaranmış vəziyyətə görə keçmiş prezident Barak Obama administrasiyasını ittiham edib.

Trampın sözlərinə görə, Obama dövründə Kanada ABŞ poladından və məhsullarından istifadə etməmək üçün qanunsuz yollara əl atsa da, rəsmi Vaşinqton buna güzəştə gedib.

Tramp Kanadanın Çin ilə yaxınlaşmasını da sərt tənqid edib. O bildirib ki, Ottavanın Pekinlə hər hansı strateji müqavilə bağlaması ciddi nəticələr doğura bilər. ABŞ Prezidenti ironik tonda Kanadada hokkeyin dayandırıla biləcəyini və **Stenli Kuboku**nun ləğv oluna biləcəyini də qeyd edib.

Tramp eyni zamanda xəbərdarlıq edib ki, Kanadanın Çinlə hər hansı strateji sövdələşməsi bütün Kanada mallarına 100 faiz gömrük rüsumunun tətbiq edilməsi ilə nəticələnəcək.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?