10 fevral
Rusiya Ukraynadakı hərbi və enerji obyektlərinə zərbələr endirib

Rusiya–Ukrayna arasında hərbi qarşıdurmalar davam edir.
Təhlil.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, son 24 saat ərzində Ukrayna ərazisində yerləşən hərbi aerodrom infrastrukturu, eləcə də enerji və nəqliyyat obyektləri hədəfə alınıb.
Ukrayna tərəfi isə Rusiyanın hücumları zamanı buraxılan 116 pilotsuz uçuş aparatının məhv edildiyini bildirib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına əsasən, cəbhə xətti boyunca 74 döyüş toqquşması qeydə alınıb.
Qeyd olunub ki, hazırda əsas gərginlik Pokrovsk istiqamətində müşahidə olunur.
Dünən