10 fevral
ADY dəmir yollarında təhlükəsizlik rejimini gücləndirdi

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür.
Təhlil.az xəbər verir ki, qurumun yaydığı məlumata əsasən, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkəti üçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklər salınıb.
"Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir. Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək. Sərnişinləri platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini müvafiq keçidlərdən keçməyə çağırırıq", - məlumatda qeyd edilib.
Dünən