09 fevral

Gürcüstan Prezidenti Cey Di Vens ilə görüşün mühüm detallarını açıqlayıb

Gürcüstan Prezidenti Mixail Kavelaşvili İtaliyanın Milan şəhərində ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə keçirdiyi görüşün mühüm detallarını açıqlayıb. Təhlil.az xəbər verir ki, görüşün əsas yekunu olaraq tərəflər ikitərəfli əlaqələrin "təmiz səhifədən" bərpası barədə razılığa gəliblər.

Gürcüstan dövlət başçısının sözlərinə görə, Cey Di Vens ABŞ-nin əvvəlki administrasiyasının Gürcüstanla bağlı hazırkı rəhbərliyə çoxlu "neqativ miras" qoyduğunu etiraf edib. Vitse-prezident vurğulayıb ki, Vaşinqtonun rəsmi Tbilisi ilə bağlı əvvəlki yanaşmaları bir çox hallarda "qeyri-real və yersiz" olub. Vens qeyd edib ki, ABŞ-nin hazırkı rəhbərliyi mövcud vəziyyəti dərindən analiz etmək, problemləri araşdırmaq və Gürcüstanla layiqli münasibətlər qurmaq üçün müəyyən zamana ehtiyac duyur. Bu məqsədlə yaxın vaxtlarda Vaşinqtonda xüsusi texniki işçi qrupu hazırlanacaq. Həmin qrup iki ölkə arasındakı strateji tərəfdaşlığın bərpası üçün konkret yol xəritəsi cızacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?