09 fevral

Türkiyə ilə Ermənistan arasında sərhəd-keçid məntəqələrinin açılmasına hazırlıq başlayıb

Şəkil: aa.com.tr

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıq işlərinə start verilib. Təhlil.az Türkiyə mediasında yayılan məlumata istinadla xəbər verir ki, rəsmi Ankara sərhəddəki infrastrukturun bərpası prosesini sürətləndirib.

Türkiyə tərəfində yerləşən "Alican" sərhəd-keçid məntəqəsində (Ermənistan tərəfdən "Marqara" məntəqəsi) aparılan yenidənqurma və modernləşdirmə işləri ilə İğdir qubernatoru Fırat Taşolar şəxsən tanış olub. Texniki heyətin müşayiəti ilə əraziyə baxış keçirən qubernator sərhəd boyu binaların və keçid marşrutlarının vəziyyətini araşdırıb.

Məntəqədəki binaların müasir standartlara uyğunlaşdırılması və logistik infrastrukturun qurulması prosesinin operativ şəkildə davam etdirildiyi bildirilir. Qubernator Taşolar qeyd edib ki, görülən işlərin ən qısa müddətdə yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, "Alican" sərhəd-keçid məntəqəsi uzun illərdir fəaliyyətini dayandırıb. Sonuncu dəfə bu məntəqə 2023-cü ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələ zamanı Ermənistandan göndərilən humanitar yardımın daşınması üçün müvəqqəti olaraq açılmışdı. Məntəqənin tam fəaliyyətə başlaması regionda nəqliyyat və ticarət əlaqələrinin bərpası baxımından mühüm addım hesab olunur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?