09 fevral
İsrail idmançıları XXV Qış Olimpiya Oyunları zamanı qarət olunub

İsrailin bobsley üzrə milli komandasının üzvləri XXV Qış Olimpiya Oyunları zamanı yerləşdikləri mənzildə qarət olunublar. Təhlil.az "Associated Press"ə istinadla xəbər verir ki, hadisə nəticəsində idmançıların pasportları, idman avadanlıqları və şəxsi əşyaları oğurlanıb. Yerli hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Komanda üzvlərinə müvəqqəti sənədlər təqdim olunub. Bildirilir ki, insident komandanın Olimpiya yarışlarında iştirakına mane olmayacaq.
Dünən