09 fevral
Türkiyə–Azərbaycan–Ermənistan magistralının əsas hissəsi 2030-cu ilədək hazır olacaq

Gürcüstanda Türkiyə ilə sərhəddən başlayaraq Azərbaycan və Ermənistanla sərhədlərə qədər uzanan magistral yolun demək olar ki, bütün əsas hissələrinin tikintisinin 2030-cu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.
Təhlil.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.
Onun sözlərinə görə, hakimiyyət orqanları ölkənin strateji mövqeyini maksimum dərəcədə gücləndirməyi hədəfləyir və bu istiqamətdə artıq əhəmiyyətli investisiyalar yatırılır.
Baş nazir bildirib ki, layihə Gürcüstanın regional nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dünən