Kir Starmer yaxın günlərdə istefa verməyə məcbur qala bilər

Bloomberg agentliyinin hakim Leyboristlər Partiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, Böyük Britaniyanın baş naziri Kir Starmer yaxın bir həftə ərzində istefa vermək məcburiyyətində qala bilər.
Təhlil.az xəbər verir ki, bu ehtimalların əsas səbəbi Peter Mandelsonun Böyük Britaniyanın ABŞ-dəki səfiri vəzifəsinə təyin olunması ətrafında yaranan qalmaqaldır.
Bildirilir ki, Mandelsonun mərhum maliyyəçi Ceffri Epşteynlə yaxın münasibətlərinin olması partiya daxilində ciddi narazılıq doğurub.
Mənbələrin sözlərinə görə, baş verənlər Leyboristlər Partiyasında daxili təzyiqləri artırıb və Kir Starmerin siyasi mövqeyini əhəmiyyətli dərəcədə zəiflədib. Bu fonda yaxın günlərdə baş nazirin gələcəyi ilə bağlı qərarların gündəmə gələcəyi istisna edilmir.