Dünən
Rusiya-Ukrayna müharibəsi mart ayında bitir?

ABŞ və Ukrayna mart ayında Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı mümkün sülh razılaşmasını müzakirə ediblər.
Təhlil.az xəbər verir ki, əldə olunacaq razılaşmanın Ukraynada referendum yolu ilə təsdiqlənməsi nəzərdə tutulur. Tərəflər may ayında seçkilər və referendumun keçirilməsi imkanını da dəyərləndiriblər.
Mənbələr bildirir ki, Ukrayna təhlükəsizlik təminatları olmadan heç bir razılaşmaya getməyəcək. Sülh prosesinin qarşısındakı əsas maneə isə Donbas bölgəsinin taleyi ilə bağlı qeyri-müəyyənlik olaraq qalır.