Dünən
Tramp İranla danışıqları qiymətləndirdi: "Onlar saziş bağlamaq istəyirlər"

ABŞ Prezidenti Donald Tramp İranla məhsuldar danışıqlar aparıldığını və Tehranın saziş bağlamağa hazır olduğunu bildirib.
Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, İran nüvə silahından imtina etməyi nəzərdə tutan razılaşmaya əvvəlkindən daha çox hazırdır.
Tramp həmçinin ABŞ-ın İran istiqamətində əhəmiyyətli hərbi qüvvələr, o cümlədən böyük donanma cəmləşdirdiyini qeyd edib. ABŞ lideri Vaşinqtonla Tehran arasında danışıqların növbəti raundunun gələn həftənin əvvəlində keçirilməsinin planlaşdırıldığını açıqlayıb.