Bu gün
İlon Mask və "X"in keçmiş baş icraçı direktoru Paris prokurorluğunda dindiriləcək

X platformasının sahibi İlon Mask və sosial şəbəkənin keçmiş baş icraçı direktoru Linda Yakkarino aprelin 20-də Paris prokurorluğunda dindirməyə çağırılıblar. Təhlil.az BFM TV-yə istinadla xəbər verir ki, məlumat prokurorluğun yaydığı press-relizə istinadən verilib.
Bundan əlavə, Fransanın televiziya kanalları X platformasının Parisdə yerləşən ofislərində axtarışların aparıldığını bildirir. Prokurorluğun bu addımları 2025-ci ilin yanvarında başlanmış istintaq çərçivəsində atılıb. İstintaq alqoritmlərlə manipulyasiya və məlumatların qanunsuz toplanması şübhələri ilə bağlıdır.
Bu gün
Bu gün