Dünən

İsmayıl Bəqayi: İran istənilən təhdidə qətiyyətli və hərtərəfli cavab verəcək

İranın Xarici İşlər Nazirliyi bildirib ki, ölkə sahillərinə xarici hərbi gəmilərin yaxınlaşması Tehranın müdafiə strategiyasına və diplomatiyaya yanaşmasına heç bir təsir göstərməyəcək. Təhlil.az-ın məlumatına görə, bu açıqlama ABŞ-nin “USS Avraam Linkoln” aviadaşıyıcısının Yaxın Şərqə çatması ilə bağlı yayılan xəbərlərə cavab olaraq verilib.

Nazirliyin rəsmi nümayəndəsi İsmayıl Bəqayi qeyd edib ki, İran heç bir vaxt müharibəni alqışlamayıb və diplomatiyadan uzaq durmayıb:

“Bizim mövqeyimiz aydındır. Biz heç vaxt müharibəni istəməmişik və danışıqlardan yayınmamışıq. Bu, praktiki olaraq sübut olunub”, – deyə o vurğulayıb.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?