07 yanvar

Təbriz, Ərdəbil və Zəncanda əlavə təhlükəsizlik qüvvələri yerləşdirilib

“Iran International” Cənubi Azərbaycanın Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasına istinadən xəbər verir ki, Təbriz, Ərdəbil və Zəncan şəhərlərində əlavə təhlükəsizlik qüvvələri cəmləşdirilib. Bildirilir ki, bu şəhərlərdə İranın hərbi və təhlükəsizlik strukturlarının fəaliyyəti gücləndirilib.

Təhlil.az-ın məlumatına görə regional xüsusi xidmət orqanları ictimai və siyasi fəallara zəng edərək onları etiraz aksiyalarında iştirak etməməyə çağırır.

Məlumata görə, hüquq-mühafizə orqanları Cənubi Azərbaycanın ictimai-siyasi və mədəni fəallarını hədələyir və etirazlara qoşulmalarının qarşısını almağa çalışır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?