05 yanvar

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti olaraq Yevgeniy Xmara icra edəcək

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk vəzifəsindən ayrılıb. Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da məlumat verib. Prezident Zelenski Malyuka Təhlükəsizlik Xidmətində apardığı döyüş fəaliyyəti üçün təşəkkür edib və ona yeni, strateji əhəmiyyətli istiqamət üzrə fəaliyyətini davam etdirməyi təklif edib.

Zelenskinin sözlərinə görə, Vasili Malyuka Ukraynanın asimmetrik əməliyyatlarının səviyyəsini dünyanın ən güclü strukturları səviyyəsinə çatdırmaq tapşırılıb və bunun üçün lazımi resurslar, eləcə də siyasi dəstək mövcuddur. Prezident əlavə edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin yeni rəhbərinin seçilməsi üçün namizədlər də müzakirə olunub.

Zelenski həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyatlar Mərkəzinin rəisi Yevgeniy Xmara ilə görüşdüyünü bildirib və bu qurumun təcrübəsinin geniş miqyasda tətbiq ediləcəyini vurğulayıb.

Ukrayna Prezidentinin müşaviri Dmitri Litvinin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti olaraq Yevgeniy Xmara icra edəcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?