05 yanvar

Erməni bloqer: Ermənistandan keçəcək hər bir azərbaycanlı üçün daşnaklar böyük təhlükə yaradacaq - MÜSAHİBƏ

Köçəryan və onun kimi insanlar hələ də eyni köhnə oyunları oynamağa çalışırlar.

Bu barədə təhlil.az-a tanınmış erməni bloqçu və fəal İşxan Verdyan məlumat verib.

“Robert Köçəryana gəldikdə isə, o, Ermənistan və Rusiya arasında sıx əməkdaşlığın tərəfdarıdır. Yəni, bu, Azərbaycan və Türkiyəni tənlikdən kənarlaşdırır. Bu, onun mövqeyidir. Amma bunun heç bir əsası yoxdur. Köçəryan absurd şeylər deyir. Gəlin onun ermənilər və azərbaycanlıların genetik cəhətdən uyğunsuz xalqlar olması barədə dediklərini xatırlayaq. O, həmişə bu gündəmi təbliğ edib, amma bunun heç bir əsası yoxdur. Köçəryan və onun kimi insanlar hələ də eyni köhnə oyunları oynamağa çalışırlar. Onlar sona qədər mübarizə aparacaqlar, əks halda məhv olacaqlar”, - o vurğuladı.

Eyni zamanda, Verdyan qeyd edib ki, Köçəryan və digər revanşistlər seçki baxımından Nikol Paşinyana heç bir təhlükə yaratmırlar.

“Bəs onlar seçki baxımından Nikol Paşinyana təhlükə yaradırlarmı? Xeyr. Mən əminəm ki, Paşinyan parlament seçkilərində qalib gələcək. Onun partiyası parlamentdə konstitusiya çoxluğu qazanacaq. Buna şübhə yoxdur. Amma bir nüans var. “Daşnaksütyun” partiyasının nümayəndələri parlamentə daxil olarsa, bu, təhlükəni özündə ehtiva edəcək. Çünki bu şəkildə parlament faşist elementlərlə dolur”, - ekspert vurğuladı.

Onun sözlərinə görə, daşnaklar parlamentin işinə müdaxilə edəcək və fəal şəkildə Azərbaycan əleyhinə təbliğat aparacaqlar.

“Yəni təhlükə ondadır ki, daşnaklar parlamentə sızacaq, daim mane olacaq və daim deputat toxunulmazlıqlarının arxasında gizlənəcəklər. İkincisi, onların terrorçu üslubu unudulmayacaq. Bu insanlar hər şeyə hazırdırlar. Daşnaklar milliyyətindən asılı olmayaraq istənilən insanı məhv etməyə hazırdırlar. Qan qohumluğu anlayışının onlar üçün heç bir mənası yoxdur. Daşnaklar hətta öz erməni xalqının və uşaqlarının cəsədlərinin üstündən keçməyə hazırdırlar. Sadəcə öz çirkli məqsədlərinə çatmaq üçün.

Terror aktları onların əsas sənəti olub və belə də qalır. Daşnaklar Ermənistanda yaşayıb istədiklərini edərsə, İrəvanla Bakı arasında sülh mümkün deyil. Daşnaklar İrəvanda qaldıqca, Ermənistan ərazisindən keçmək istəyən azərbaycanlılar ciddi təhlükə ilə üzləşəcəklər. Yəni, əgər azərbaycanlılar polis və ya dövlət təhlükəsizlik işçiləri tərəfindən müşayiət olunmazsa, həyatları təhlükə altında olacaq”, - Verdyan dedi.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?