Bu gün

Merz: Ukraynaya hücum Avropaya qarşı planın bir hissəsidir

Almaniya kansleri Fridrix Merz Rusiyanın Ukraynaya hücumunun Kremlin bütün Avropaya qarşı planının bir hissəsi olduğunu bildirib.

Təhlil.az-ın məlumatına görə, kansler Yeni il müraciətində qeyd edib ki, ukraynalılar Yeni ili ardıcıl dördüncü ildir ki, çətin şəraitdə - elektriksiz, raket yağışı altında və yaxınları üçün qorxu içində qeyd edirlər.

"Bu, azadlığımızı və təhlükəsizliyimizi birbaşa təhdid edən bir müharibədir... Və bu, bizə təsir etməyən uzaq bir müharibə deyil. Çünki biz getdikcə daha aydın görürük: Rusiyanın işğalı bütün Avropaya qarşı yönəlmiş planın bir hissəsi olub və belə də qalır."

Merz əlavə edib ki, Almaniya da daxil olmaqla, Avropa ölkələri gündəlik olaraq təxribatlara, casusluqlara və kiberhücumlara məruz qalır.

 

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?