Bu gün

İranda etirazların dördüncü günü: gərginlik qalır

İranda 28 dekabrda İran rialının çökməsindən sonra başlayan kütləvi etirazlar dördüncü gündür davam edir.
Təhlil.az hökumətyönlü medianın məlumatına istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarda bir Bəsic əsgəri həlak olub, 13 nəfər yaralanıb.
Eyni zamanda, ölkədəki müxalifət mediası etirazçıların tələblərinin artıq siyasi ton aldığını qeyd edir. Etirazçılar devrilmiş şahın oğlu Rza Pəhləvini dəstəkləyən şüarlarla rejimin bütün strukturundan narazılıqlarını bildirməyə başlayıblar.
"Dünya Yeni ili qeyd edərkən, İranda yeni bir dövr başlayır. Cəsur həmvətənlərim ölkənin müxtəlif şəhər və qəsəbələrinin küçələrinə çıxaraq azadlıqları uğrunda mübarizə aparıb və həyatlarını təhlükəyə atıblar. Hazırkı rejim sona çatıb və ən kövrək vəziyyətindədir. Zəif, dərin bölünmüş və üsyan edən bir millətin cəsarətini boğmaq iqtidarında deyil", - deyə İranın vəliəhd şahzadəsi Rza Pəhləvi özünün X səhifəsində yazıb.
Nümayişçilər həmçinin İranın cənubundakı Fəz şəhərində hökumət binasına basqın etməyə cəhd ediblər.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?