Bu gün
Bolqarıstan rəsmi olaraq levdən avroya keçdi

Yanvarın 1-də Bolqarıstan milli valyutası olan levdən avroya keçərək avrozonanın 21-ci üzv dövləti oldu. Təhlil.az xəbər verir ki, beləliklə, milli valyutalarını saxlayan yalnız altı Aİ üzv dövləti qalacaq: İsveç, Danimarka, Macarıstan, Polşa, Rumıniya və Çexiya.