Ukrayna Prezidenti Rusiyaya qalib gəlməyin şərtini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-nin dəstəyi olmadan ölkəsi Rusiya ilə müharibədə qalib gələ və ya münaqişəni öz şərtləri ilə başa çatdıra bilməz.
Təhlil.az xəbər verir ki, Zelenski bu barədə ABŞ-yə səfəri çərçivəsində "Fox News" telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, ABŞ-nin dəstəyi olmadan Ukraynanın hava müdafiə sistemi ciddi şəkildə zəifləyəcək:
“ABŞ-nin dəstəyi olmadan qalib gələ bilərikmi? Xeyr. Birincisi, bütün əsgərlər yalnız ailələri barədə düşünəcəklər. İkincisi, Amerika dəstəyi olmadan səmamızı qoruya bilmərik. Hətta indi də bu çox çətindir. ABŞ-nin hava hücumundan müdafiə raketləri kimi dəstəyi həqiqətən faydalı və güclüdür. Rusiya yüzlərlə dron və raketdən istifadə edir, mövcud hava hücumundan müdafiə vasitələri isə kifayət etmir”, – Zelenski vurğulayıb.