Rəsmi Moskva: Ukraynanın Putinin iqamətgahına hücumuna cavabımız diplomatik olmayacaq

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin dövlət iqamətgahına hücumuna Moskvanın cavabı diplomatik olmayacaq. Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, Kiyev Rusiyanın diplomatik cavabına ümid etməməlidir:
“Qoy, Kiyev ümidlənməsin”, – Zaxarova vurğulayıb.
Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov Ukrayna qüvvələrinin dekabrın 29-da Putinin Novqorod vilayətindəki iqamətgahına PUA zərbələri endirməyə cəhd etdiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri 91 pilotsuz uçuş aparatını vurub.
Lavrov bildirib ki, Kiyevin bu addımları Moskva tərəfindən cavabsız qalmayacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Putinin iqamətgahına hücumda Ukraynanın iştirakını təkzib edib və bunu rəsmi Moskvanın ABŞ–Ukrayna arasında son danışıqlarda əldə olunan razılaşmaları pozmaq cəhdi kimi qiymətləndirib.