Bu gün
İran hökuməti etirazçıların tələblərinə cavab olaraq fövqəladə plan həyata keçirir

İran hökuməti nümayişçilərin etirazlarını qəbul etdiyini və onların ən sərt tələblərini belə dinləməyə hazır olduğunu bəyan edib. Təhlil.az xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat xidmətinin rəsmi nümayəndəsi Fatimə Mühacirani mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, etirazlarla bağlı fövqəladə plan artıq işlənib hazırlanıb və hökumətə təqdim olunub. Rəsmi Tehran vəziyyətin idarə olunması və ictimai narazılıqların aradan qaldırılması üçün operativ tədbirlərin görüldüyünü bildirir.
Bu gün