Bu gün

Yaxın Şərqdə gərginlik artır

Səudiyyə Ərəbistanı BƏƏ-ni Yəmənin şərqində təhlükəli addımlar atmaqda ittiham edib. Təhlil.az xəbər verir ki, Ər-Riyad bu fəaliyyətlərin krallığın milli təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirərək, “qırmızı xətlərin” keçiləcəyi təqdirdə cavab verməyə hazır olduğunu açıqlayıb.

Səudiyyə Ərəbistanı BƏƏ-ni 24 saat ərzində Yəmən ərazisindən bütün qüvvələrini çıxarmağa, həmçinin yəmənli silahlı qruplaşmalara hərbi və maliyyə dəstəyini dayandırmağa çağırıb.

Bununla yanaşı, Ər-Riyad Yəmənin ərazi bütövlüyünə sadiqliyini və münaqişənin siyasi yolla həllini dəstəklədiyini vurğulayıb.
Regionda balans yenidən dəyişir: Müttəfiqlər arasında açıq mesajlar dövrü başlayıb.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?