Bu gün
Tramp: Biz İranı məhv etməli olacağıq

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə İrana dair sərt açıqlama verib. Təhlil.az xəbər verir ki, o deyib:
“İndi eşidirəm ki, İran yenidən güc toplamağa çalışır. Əgər bu belədirsə, biz onları məhv etməli olacağıq”.
Tramp bildirib ki, lazım gələrsə, İrana sarsıdıcı zərbə endiriləcək, lakin ümid edir ki, buna ehtiyac qalmaz.
“Eşitmişəm ki, İran razılaşma bağlamaq istəyir. Əgər onlar razılaşma istəyirlərsə, bu, daha ağıllı seçimdir”.
Netanyahunun İrana yenidən zərbə endirməsinə icazə verilib-verilməyəcəyi sualına Trampın cavabı belə olub:
Ballistik raketlər — bəli;
Nüvə silahı — mümkün qədər tez.
Bu gün