Bu gün

Latviya Rusiya ilə sərhəddə hasar tikintisini başa çatdırıb

Latviya Rusiya ilə dövlət sərhədi boyunca təhlükəsizlik məqsədilə inşa olunan hasarın tikintisini yekunlaşdırıb.

Təhlil.az xəbər verir ki, bu barədə layihəyə cavabdeh olan dövlət şirkəti Valsts Nekustamie Ipasumi məlumat yayıb.

Bildirilib ki, Latviya–Rusiya sərhədində texniki baxımdan mümkün olan ərazilərdə ümumilikdə təxminən 280 kilometr uzunluğunda fasiləsiz baryer inşa edilib.

Məlumatda həmçinin qeyd olunub ki, 2024-cü il ərzində Latviya ilə Belarus arasındakı sərhəd boyunca da təhlükəsizlik tədbirləri gücləndirilib və burada 145 kilometr uzunluğunda hasarın tikintisi tamamlanıb.

Latviyanın daxili işlər naziri Rihards Kozlovskis bildirib ki, sərhədin müasir texnoloji avadanlıqlarla təchiz olunması prosesi davam edir. Onun sözlərinə görə, məqsəd Avropa İttifaqı-nın şərq sərhədində ən müasir və effektiv sərhəd xidmətinin yaradılmasıdır.

Qeyd edək ki, son illər Latviya regionda təhlükəsizlik risklərinin artması fonunda Rusiya və Belarusla sərhədlərdə nəzarət tədbirlərini mərhələli şəkildə gücləndirir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?