Bu gün

Makron: Yanvarda Parisdə İstəklilər Koalisiyasının görüşü keçiriləcək

Yanvarın əvvəlində Parisdə İstəklilər Koalisiyasına daxil olan ölkələrin görüşü keçiriləcək. Görüşdə Ukrayna üçün təhlükəsizlik təminatları sistemində hər bir dövlətin verə biləcəyi töhfələr razılaşdırılacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Macron “X” sosial şəbəkəsində yazıb.

Makronun sözlərinə görə, o və bir sıra Avropa lideri Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp ilə birgə telefon danışığında iştirak ediblər. Daha sonra isə Makron Zelenski ilə ayrıca söhbət aparıb.

Fransa lideri bildirib ki, tərəflər təhlükəsizlik təminatları mövzusunda irəliləyiş əldə edirlər.

“Biz ədalətli və davamlı sülhün qurulması üçün həlledici əhəmiyyət daşıyacaq təhlükəsizlik təminatları məsələsində irəliləyişə nail oluruq”, – Makron vurğulayıb.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?