Bu gün

Mirzoyan: "Azərbaycan benzini Ermənistan vətəndaşları üçün daha sərfəlidir"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan benzini almaq üçün yaranan növbələrdən xəbərdar olduğunu bildirib.

Təhlil.az xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Mirzoyanın sözlərinə görə, hazırda Azərbaycanla sülh prosesi davam edir və bu çərçivədə iki ölkə arasında birbaşa ticarət əlaqələrinin qurulması məsələsi də müzakirə olunur.

Nazir qeyd edib ki, sülh prosesinin institusionallaşması və cəmiyyətdə mövcud olan psixoloji baryerlərin tədricən aradan qalxması ilə bu cür əməkdaşlıq modelləri daha real və mümkün olacaq.

Mirzoyan vurğulayıb ki, regional əməkdaşlıq həm iqtisadi baxımdan, həm də vətəndaşların gündəlik rifahı üçün praktik üstünlüklər yarada bilər.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?