Bu gün

Paytaxtda bu ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 27 dekabr saat 00:00-dan etibarən Əhməd Rəcəbli küçəsindən Fətəli Xan Xoyski küçəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?